Azdo.az-da hər işinizin sürətli və sərfəli həlli var! - Fotolar+Video

azdoaz-da-her-isinizin-suretli-ve-serfeli-helli-var
Oxunma sayı: 1233

Ölkəmizin ilk və ən böyük onlayn xidmətlər bazarı platforması AZDO.AZ daha da böyüməyə və faydalı olmağa davam edir. Belə ki, artıq saytda təklif edilən bir çox tapşırıq peşəkar icraçılar vasitəsilə qısa zamanda və ən uyğun qiymətə tamamlanıb. Sözsüz ki, sayı hər gün artmaqda olan yeni tapşırıqlar da hələ öz həllini, icraçılarını gözləyir.

Bəs platformanın belə effektiv olmasının səbəbi nədədir?

Səbəb ondadır ki, AZDO.AZ - prosesdə iştirak edən hər iki tərəfə: həm işin sifarişçisinə, həm də icraçısına qazanc gətirir. Burada 10 manata ev təmizliyindən 200 manata sayt yığılmasına, 50 manata professional loqo hazırlanmasından 150 manata SMM xidmətindən qədər hər büdcəyə uyğun təkliflər var.

Platformanın nə qədər effektiv olduğunu sadə bir nümunədə də anlamaq olar. Tutalım, sizə hər hansı işlə bağlı xidmət lazımdır. Bu zaman, böyük ehtimalla, "google"da, sosial şəbəkələrdə axtarışlara başlayacaq, ya da dost-tanışdan həmin mövzuda məlumatlar, əlaqə vasitələri alacaqsınız. Əlbəttə, sonrasında tapdığınız kontaktlarla tək-tək əlaqə saxlamalı, hər dəfəsində işi izah etməli və qiymət barədə razılığa gəlməyə çalışmalısınız. Həqiqətən, olduqca çətin və yorucu görünür.

azdo.az-da isə proses qat-qat sürətli baş verir. Sadəcə bir neçə dəqiqədə işlə bağlı tapşırıq yaradır və onu ətraflı təsvir edirsiniz. İcraçılar isə uyğun hesab etdikləri halda həmin iş üçün öz təkliflərini göndərirlər. Siz də müxtəlif parametrlərə – icraçının təklifinə, gördüyü işlərə, reytinqinə və s. – əsasən seçim edirsiniz və işiniz görülməyə başlayır. Bu qədər sadə, rahat və tez!

Üstəlik platforma ödənişsiz xidmət göstərir. Odur ki istər sifarişçi olaraq, istərsə də icraçı olaraq belə bir yenilikdən faydalansanız, yaxşıdır. Elə indi sayta keçid edərək daha ətraflı məlumat ala və qoşula bilərsiniz. İşiniz avand olsun!

Хidmət sifariş etmək üçün: https://azdo.az/az-Latn/tapsiriq-yarat
Xidmətlərinizi yerləşdirin: https://azdo.az/az-Latn/qazancini-artir