“AzDrama” bu səbəbdən bağlandı

“AzDrama” bu səbəbdən bağlandı
Oxunma sayı: 6640

Akademik Milli Dram Teatrı koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə “Qafqazinfo”ya teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, son günlər teatrın əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb: “Belə ki, yanvarın 23-dən fevralın 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın 7-dək məhdudlaşdırılır”.

Zeynallı bildirib ki, həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.

Hüseyn Məmmədsalahov