“Qafqazinfo” xəbər verir ki, səhnə əsərinin süjeti bir ailənin müxtəlif əqidəli üzvlərinin fikir ayrılığı üzərində qurulub. Tamaşada bir tərəfdə sovet quruluşunun bərpa edilməsi arzusu ilə yaşayan sabiq partiya işçisi və onun silahdaşları, digər tərəfdə isə firavan həyat naminə ölkəsini tərk etmiş gəncin acı taleyi durur. Gəncin valideynləri övladlarına kömək etmək üçün yeganə ümid yeri olan yaşadıqları mənzili satmaq istəyirlər. Hadisələr inkişaf etdikcə qəhrəmanların yanılması və özlərinin də gözləmədiyi xəbərlərlə rastlaşdıqları məlum olur.
Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır. Əsas obrazları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, Şövqi Hüseynov, Şəfəq Əliyeva, Nəsibə Eldarova və başqaları ifa ediblər.
Son xəbərlər
Son Xəbərlər