“Azecolab Company MMC” koronavirusa görə 20 min ayırdı

azecolab-company-mmc-koronavirusa-gore-20-min-ayirdi
Oxunma sayı: 1870

“Azecolab Company MMC” Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat məbləğində maliyyə yardımı ilə dəstək göstərilməsi haqda qərar verib.

“Qafqazinfo” xəbər verir ki, maliyyə yardımının ayrılmasında məqsəd koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın dövlətimizin biznes və iqtisadiyyatının bir çox sahələrinə vurduğu ziyanlı təsiri qismən də olsa azaltmağa dəstək olmaqdır.  

“Azecolab Company MMC” bütün sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fonduna "COVİD 19" virusu ilə mübarizə üçün maliyyə yardımı göstərməyə və bu bəladan xilas olmaq üçün dövlətimizə dəstək olmağa çağırır.