Çexiyanın Marianske-Lazne şəhərində keçirilən “Marienbad Open 2022” şahmat festivalında təmsilçimiz Azər Mirzəyev uğurla çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan qrossmeysteri 9 turdan 6,5 xal toplayaraq birinci yeri tutub.
Qeyd edək ki, bu, şahmatçımızın bu ay qazandığı İkinci qələbəsidir. Belə ki, Azər Mirzəyev Macarıstanın Budapeşt şəhərində keçirilən beynəlxalq turnirin də qalibi olub.
Son xəbərlər
Son Xəbərlər