Azər Zeynalov əməliyyat olunub

Azər Zeynalov əməliyyat olunub
Oxunma sayı: 3539

Xalq artisti Azər Zeynalov açıq ürək əməliyyatı olunub. 

Bu barədə “Qafqazinfo”ya müğənninin həyat yoldaşı məlumat verib: “Azər müəllim martın 10-da infarkt keçirdi. Növbəti gün Bakıdakı özəl klinikaların birində ürəyinə müvəqqəti stend qoyuldu və əməliyyat məsləhət görüldü. Əməliyyata üç həftə hazırlıq işləri görüldü, analizlər verdi. Aprelin 2-si açıq ürək əməliyyatı oldu, 4 damarını dəyişdilər. Hazırda xəstəxanada müalicəsi davam edir. Evə nə vaxt buraxılacağı məlum deyil”.

Qeyd edilib ki, xalq artistinin danışa bilməməsi ilə bağlı xəbərlər əsassızdır: “Səhhətində hər şey qaydasındadır, danışa bilir. Sadəcə olaraq həkim telefondan istifadə etməyə icazə vermir”.