Qara Qarayev prospektində aparılan təmir-tikinti işləriilə əlaqədar iyulun 10-dan 11-nə keçən gecə prospektin Neftçilər metrostansiyasından Qara Qarayev metrostansiyasınadək olan hissəsində təmirdən sonra hərəkət bərpa olunur.
Bu barədə “Qafqazinfo”ya Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O deyib ki, prospektin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairə isə (Dakar meydanı) avtonəqliyyat vasitələrinin hərəkti üçün qısa müddətlik bağlanır.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri xahiş olunur.
Son xəbərlər
Son Xəbərlər