Azərbaycan 17 milyon qazanıb

azerbaycan-17-milyon-qazanib
Oxunma sayı: 1489

Neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) 17,9 milyon manat və yaxud 10,5 milyon ABŞ dolları təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2017- cı il hesabatında bildirilib.

Bildirilir ki,  bu gəlir maddəsi büdcədə nəzərdə tutulana nisbətən 1,3 faiz artıq icra olunub. Qeyd edək ki, büdcədə nəzərdə tutulan məbləğ 17688,5 min manat təşkil edil edib.

Günel Türksoy