“Qafqazinfo”nun məlumatına görə, Bakı Kristal Zalında keçirilən Oyunlarda Azərbaycan idmançısı İrina Zaretska finalda avstriyalı Alisiya Tereza Buçingeri ilə qarşılaşıb.
Qadınlar arasında kumite yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 8:1 hesabı ilə qələbə qazanıb, qızıl medalın sahibi olub.
Qeyd edək ki, bu qələbə ilə Azərbaycan yığmasının medallarının sayı 9-a çatıb.
***
I Avropa Oyunlarında karate üzrə yarışda qızıl medal qazanan idmançımız İrina Zaretska jurnalistlərə açıqlama verib.
O, özünə söz verdiyini, nə vaxtsa çempion olarsa, Azərbaycan dövlət himnini oxuyacağını bildirib:
“Özümə deyirdim ki, çempion olsam o fəxri kürsüdə Azərbaycan himnini oxuyacam. Bu gün himni oxudum və fəxr hissi duydum”.
Son xəbərlər
Son Xəbərlər