“Qafqazinfo” Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, 200-dən çox komandanın iştirak etdiyi II Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 5-i qızıl olmaqla 12 medal qazanıb. Nəticədə Azərbaycan ümumi hesabda 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərarlaşıb. Bununla, idmançılarımız öz çıxışları ilə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına növbəti töhfələrini veriblər.
Qeyd edək ki, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında qalib gələn idmançılar arasında Təhsil Nazirliyinin tabeliyində olan idman müəssisələrinin 4 yetirməsi var.
Son xəbərlər
Son Xəbərlər