Azərbaycan 6 erməni hərbçinin meyitini təhvil verdi

azerbaycan-6-ermeni-herbcinin-meyitini-tehvil-verdi
Oxunma sayı: 2852

Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçisinin meyitini Ermənistan tərəfinə təhvil verib.

Bu barədə "Qafqazinfo"ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. 

Bildirilib ki, meyitlərə Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.

Xəbəri rus dilində oxuyun: "Азербайджан передал Армении тела еще 6 армянских военнослужащих"

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir.