Azərbaycan AÇ-2020 ilə bağlı UEFA-ya təminat verdi

Azərbaycan AÇ-2020 ilə bağlı UEFA-ya təminat verdi
Oxunma sayı: 1057

Bakı 2021-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarını qəbul etməyə hazırdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətindən “Ria Novosti”yə bildirilib.

Qeyd olunub ki, bütün təminatlar hökumət tərəfindən verilib.

Xatırladaq ki, UEFA qitə çempionatının koronavirus səbəbiylə 2020-ci ildən 2021-ci ilə qədər keçirilməsi barədə mart ayında qərar verib. Turnirin oyunlarının Avropanın 12 şəhərində - Sankt-Peterburq, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Amsterdam, Bilbao, Dublin, Qlazqo və Londonda keçirilməsi planlaşdırılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi