Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında çıxış edəcək

azerbaycan-agirliqqaldirani-avropa-cempionatinda-cixis-edecek
Oxunma sayı: 783

Mayın 28-də Albaniyanın paytaxtı Tiranada start götürəcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək ağırlıqqaldıran müəyyənləşib.

Azərbaycan Ağır Atletika Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, yarışda Dadaş Dadaşbəyli qüvvəsini sınayacaq. O, 102 kq çəki dərəcəsində medal qazanmağa çalışacaq.

İyunun 5-dək davam edəcək qitə çempionatında 39 ölkədən ümumilikdə 326 atlet (161 qadın + 165 kişi) mübarizə aparacaq.