BDU mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, səfər zamanı Azərbaycan tərəfdən Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorları Tahir Pənahov və Fəqan Əliyev, Qafqaz Universitetinin əməkdaşları dekan Yadullah Babayev, Üzeyir Bağırov, Nail Tahirov, Təhsil Nazirliyinin əməkdaşları İlham Hümbətov və Sülhəddin Gözəlov iştirak ediblər. Sapienza Universititnin prorektoru Antonello Biagini BDU-nun professoru Məhəmmədəli Ramazanova Sapienza Universititinin xatirə medalını və onun yaranması ilə bağlı sərəncamın surətini təqdim edib.
Görüşdə prof. Məhəmmədəli Ramazanov respublikamızda aparılan elm və təhsil sahəsindəki islahatlardan, Azərbaycan Təhsilinin Avropa Təhsil məkanına inteqrasiyasından danışaraq bildirib ki, bu layihə də inteqrasiyaya xidmət edir. Sonra layihə iştirakçıları bölmələrdə öz işlərini davam etdirərək layihə komandalarının qarşısında duran bir sıra problemləri müzakirə ediblər. Azərbaycan ali məktəblərinin təhsilin magistr pilləsini bitirmiş 12 nümayəndəsi seçilərək post magistr proqramı üzrə təhsil almaq hüququ qazanıblar. Onlar 4 ay müddətində BDU-da ECONANO istiqamətində nəzəri təhsil alacaqlar və imtahan verəcəklər. Birinci pillədə 30 kredit miqdarında təhsil alan nümayəndələr 3 ay müddətində Avropa Universitetlərində (Sapienza, Parij-13, Patras) praktik təhsil alacaqlar. Onların bütün səfər xərcləri qrant layihəsi çərçivəsində ödəniləcəkdir.
Son xəbərlər
Son Xəbərlər