Azərbaycan Almaniya ilə eyni qrupda

azerbaycan-almaniya-ile-eyni-qrupda
Oxunma sayı: 1168


Bu komandalar 9 qrupa bölünüb ki, bu qrupların 7-də 6, 2-də 5 komanda yer alıb.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində millimizin də rəqibləri bəlli olub. Komandamız 7-ci qrupda yarışacaq. 

6 komandalı olan bu qrupda yığmamız Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adalarına rəqib olub. Martın 23-də başlayacaq seçmə mərhələdəki oyunların təqvimi yaxın zamanda müəyyənləşəcək.

Qeyd edək ki, seçmə mərhələdə qrup qalibi olan 9 komanda Polşadakı final mərhələsinə vəsiqə qazanır. İkinci yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik 4 komanda isə pley-offda daha iki vəsiqə uğrunda mübarizə aparacaq.