Azərbaycan “Avronest”dən çıxır

azerbaycan-avronestden-cixir
Oxunma sayı: 5221

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasının sonunda Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməsinə etiraz olaraq qərar qəbul edilib.

“Qafqazinfo”nun məlumatına görə, qərarda qeyd edilir ki, Avropa Parlementinin 2015-ci ilin sentyabrın 10-da qəbul etdiyi qətnamə son dərəcə təhqiramiz xarakterlidir.

Siyasi hakimiyyətə şər və böhtan atılıb, tərəfdaşlıq münasibətləri sarsıdılıb, Azərbaycanı Avropadan inteqrasiyadan təcrid etməyə yönəlib. Avropa Parlamenti ötən ilin formalaşan yeni tərkibindən sonra sədrin qərəzli münasibətinə görə, deputatların Azərbaycana gəlməsinə qadağa qoyulub. Azərbaycanla bu təşkilat arasında normal dialoq mümkün olmayıb. M. Şults ələbaxan qrupların fəıaliyyətinə göz yumur. İndi Avropada davam edən mühacir problemi irqçilik və ksenefobiya pik həddinə çatıb, beynəlxalq hüquq normaları tapdalanıb. Avropa Parlamenti bütün qətnamələrində guya Avropa məhkəmələrinin çıxardığı qərarlara söykənir. Amma həmin Avropa Məhkəməsidir ki, bir müddət əvvəl “Çıraqov qardaşları” ilə bağlı qərar qəbul etsə də, hələ də icra edilməyib.

İndidən Azərbaycanda keçiriləcək seçkilərin nəticələrini şübhə altına almağa çalışırlar. Bu da Azərbaycan seçicilərinin iradəsinə ziddir. Milli Məclis Avropa Parlamentinin nəzərinə çatdırır ki, insan hüquq və azadlıqlarını həmişə qoruyacaq, demokratik prinsiplərə söykənəcək. Şərh edilənləri nəzərə alaraq Milli Məclis qərar qəbul edir:

-Pozucu fəaliyyətlərə son qoyulsun;

- Ölkəmizə qarşı qərəzli kampaniyalardan əl çəksin;

- Azərbaycana qarşı konstruktiv addımlar atılsın;

- Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın;

- Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirakına son qoyulsun, fəaliyyəti dayandırılsın;

-Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə Avropa Parlament üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun.

Qərar səsə qoyularaq qəbul edilib.