“Qafqazinfo”nun verdiyi xəbərə görə, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov SİA-ya açıqlamasında bu barədə danışıb.
S.Novruzov bildirib ki, Avropa Parlamenti ilə əməkdaşlıq məsələsinə yenidən baxmalıyıq: “Avronestdən isə ümüumiyyətlə çıxmaq lazımdır. Bu təşkilat Azərbaycanla Avropa arasında əməkdaşlığın gücləndirilməsində, qarşılıqlı əməkdaşlığın böyüməsində rol oynamalı idi. Ancaq belə olmadı. Onlar kimlərinsə “donos”ları əsasında Azərbayucan haqqında yerisz, heç bir reallığa söykənməyən müzakirlər aparırlar. Halbuki bu müzakirələri aparan şəxslər bircə dəfə də olsun ölkəmizdə olmayıblar, bizim şəriatlə tanış deyillər.
Azərbayan əleyhinə qəbul olunan qərəzli qətnamələrin əsas səbəbi dövlətimizin iqtisadi yüksəlişi, sürətli inkişafı, ölkəmizdə aparılan islahatlar, gəlirlərimizin artması, iqtisadi-hərbi gücümüz, sosial sahədə böyük uğurlarımız, dünyada artan iqtisadi üstünlüyümüz və siyasi nüfuzumuzdur. Avropa Parlamentinin də Azərbaycanla bağlı məsələləri müzakirəyə çıxarması məhz qısqanclığın nəticəsidir. Heç təsadüfi deyil ki, Avropa Parlentinin müzakirə etdiyi qətnamə “Əsrin Müqaviləsi”nin 20 illiyinə təsadüf edir. Ölkəmizlə bağlı Avropa Parlamentində müzakirəyə təqdim olunan layihə Azərbaycanın Avropanın enerji təıhküəsizliyində oynadığı rolu gözü götürməyən qüvvələrin, erməni lobbisinin bilasitə dəstəyi, himayəçiliyi, təsiri nəticəsində fəaliyyət göstərən şəxslərin təqdim etdiyi layihədir. Həmçinin bu layihələr qərbli deputatları “ələ almaq”la da müzakirəyə çıxarılır”.
Müzakirəyə çıxarılan məsələrlə bağlı araşdırma apardığını deyən S.Novruzov bildirib ki, qətnamə layihəsini hazırlayan 46 deputatdır: “Bunların hamısı bu və ya digər formada erməni lobbisi ilə əlaqədədirlər. Onların himayəçiliyi və bu işdə maraqlı dövlətlərin təsiri altında Azərbaycan əleyhinə bu tipli layihələr hazırlayıb müzakirəyə çıxarırlar. Bilirsiniz ki, bu yaxınlarda bir neçə vətəndaşımız ermənilər tərəfindən girov götürülmüşdü. Onlardan biri işgəncələr nəticəsində dünyasını dəyişdi. Biz tərəfdən də Ermənistanın kəşfiyyat diversiya qrupunun üzvləri həbs edildilər. Erməni əsir ürək xəsətliyindən dünyasını dəyişdi. Hətta bunu Ermənistanın rəsmi dairələri də təsdiq etdilər ki, o ürək xəstəsidir. Həmin bu 46 deputat Ermənistan rəhbərliyinə başsağlığı verdilər. Amma öz ata-baba yurdunda ziyarətə gedən azərbaycanlının ermənilər tərəfindən işgəncələr nəticəsində öldürülməsi haqqında bir cümlə belə danışmadılar. Ona görə də bunlardan ədalətli bir mövqe gözləmək olmaz”.
S.Novruzov onu da əlavə edib ki, bütün bunlar bizim inkişafımızı ləngidə bilməz: “Bir də görürsən ki, iddia irəli sürürlər ki, Azərbaycanda həbsxanalarda görüşlər keçirmək istəyirik. Onlara sual vermək lazımdır ki, nə üçün ermənilərin azğınlığı nəticəsində öldürülən 14 nəfər azərbaycanlı şəhidin ailələri ilə görüşüb başsağlı vermirlər? Körpə bir uşağı erməni snayper vurub öldürdü, niyə o körpənin ailəsi ilə gedib görüşmürlər? Niyə Leyla Yunusla, Arif Yunusla görüşmək arzusundadırlar? Bütün tanınmış erməni bloggerlər L.Yunusla, A.Yunusu müdafiə edirlər. Müzakirə olunan qətnamənin kökündə də məhz bu tipli adamlarla uzun illərin əməkdaşlığı dayanır. Tutaq ki, kimsə həbs olunursa, bire həftə keçməmiş bəyanat verirlər ki, azadlığa buraxılsın. Bunlar qanunlara hörmət etmir. İstintaq getdiyi müddətdə heç kimi azadlığa buraxmırlar. Əgər məhkməmədən narazı qalsalar o zaman yüksək instansiyalar, Avropa Məhkəməsinə də müraciət edə bilərlər. Biz heç bir dövlətin daxili işlərinə qarışmırıq, başqaları da bizim daxili işlərimizə qarışmamalıdırlar. Ölkəmizdə analoqsuz layihələr həyata keçirilir. Ermənistan isə heç hərbi parad belə keçirə bilmədi, çünki nümayiş etdirməyə heç bir hərbi texnikası yoxdur. Amma Azərbaycanın istehsal etdiyi hərbi məhsulları almaq üçün bu gün dünyanın 30-dan çox müxtəlif dövlətləri növbəyə durublar. Belə olanda bəzi qüvvələr ortaya düşürlər ki, bu inkişafa, Avropa ilə olan əməkdaşlığa xələl gətisinlər”.