“Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır”

azerbaycan-avropa-ittifaqi-ucun-etibarli-terefdasdir
Oxunma sayı: 1053

“Görürəm ki, bu gün Məşvərət Şurasında Qərbi Balkanlardan bir çox nazir və təmsilçilər iştirak edir. Sizin burada olmağınız Cənub Qaz Dəhlizinin Avropa İttifaqı və region üçün nə dərəcədə əhəmiyyətli olmasının kifayət qədər sübutudur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində təşkil olunan mətbuat konfransında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson söyləyib.

“İkincisi, mən Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səylərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu, bizim qaz təchizatı təhlükəsizliyi baxımından çox vacib bir məqamdır və Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır.

İndi isə keçək bugünkü müzakirələrimizə.

Bu günün gündəliyi qarşımızdakı çağırışları və imkanları aydın şəkildə əks etdirir. Onlardan bəziləri Cənub Qaz Dəhlizinin istismarına aiddir. Biz onları birinci sessiyada müzakirə edəcəyik. Digər məsələlər enerji sistemlərimizin uzunmüddətli planlarına aiddir. Buna ikinci sessiyada baxılacaq. İcazə verin, bu məsələlərin hər biri üzrə bəzi fikirləri bölüşüm.

İlk olaraq, bu gün keçirilən iclas Cənub Qaz Dəhlizinin bir il ərzində tam istismarından sonra ümumi işləməsinə nəzər salmaq imkanıdır. Biz bunu hər dəfə görüşdüyümüz zaman etiraf etməliyik. Həmin dəhliz altı ölkədən keçərək, 3500 kilometr məsafə qət edərək və tərəfdaşlar arasında əməkdaşlığın nəticələrinin bariz nümunəsidir. Ötən ilin dekabrından Trans-Adriatik boru kəməri ilə Avropa bazarına təxminən 10 milyard kubmetr qaz nəql edilib”, - o qeyd edib.