Azərbaycan Avropanın yeni mahnı yarışmasında yer alacaq

azerbaycan-avropanin-yeni-mahni-yarismasinda-yer-alacaq
Oxunma sayı: 2059

Avropada “Wintervision” adlı yeni mahnı müsabiqəsi təşkil olunur. “Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.

Azərbaycanın da yer alacağı ilk yarışma gələn il İsveçin Yukkasyarvi şəhərində keçiriləcək. “Wintervision” iki ildən bir baş tutacaq və qar, buz üzərində reallaşacaq. Hələlik 15 ölkə müsabiqədə iştirakını təsdiqləyib. Bunlar Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, Finlandiya, İsveç, İsveçrə, İslandiya, Kipr, Lüksenburq, Monako, Norveç, Slovakiya və Sloveniyadır.

Bundan əlavə, Norveç sözügedən müsabiqəyə qatılacaq təmsilçisinin adını açıqlayıb. Belə ki, “Eurovision- 2019”da yer alan KEiiNO qrupu növbəti il Avropa səhnəsində çıxış edəcək.