Azərbaycan axtarışda olan FETÖ-çünü Türkiyəyə təhvil verdi - Foto

azerbaycan-axtarisda-olan-feto-cunu-turkiyeye-tehvil-verdi
Oxunma sayı: 4828

“İnterpol” vasitəsilə axtarışda olan FETÖ terror təşkilatının üzvü C.Mustafa Azərbaycandan Türkiyəyə təhvil verilib.

“Qafqazinfo” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, həmin şəxs təşkilatın Gürcüstandakı fəaliyyətlərini tənzimləyib. 2017-ci ilin aprelində isə Azərbaycanda həbs edilib.

O, bu gün Atatürk Hava Limanında İstanbul Polis İdarəsinin Terrorizmlə Mübarizə Şöbəsinin əməkdaşlarına təhvil verilib.