Azərbaycan banklarının bugünkü durumu

azerbaycan-banklarinin-bugunku-durumu
Oxunma sayı: 712

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə cəmi aktivləri 30,036.9 milyon manat, cəmi öhdəlikləri 27,322.9 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “Qafqazinfo”ya daxil olan xəbərə görə, sektorun balans kapitalı 2,714.0 milyon manatdır. Əhalinin əmanətləri 6,880.7 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, bankomatların (ATM) sayı 2,501-dir.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,095 nəfər təşkil edir.