Azərbaycan Belarusla Serbiyada oynayacaq

azerbaycan-belarusla-serbiyada-oynayacaq
Oxunma sayı: 1182

İyunun 6-da Belarus və Azərbaycan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqası matçının məkanı müəyyənləşib.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, C Liqasında III qrupun II tur qarşılaşması Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil olunacaq.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.