“Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsi rəy alınması məqsədilə həm beynəlxalq dairələrə, həm də ölkənin müvafiq qurumlarına göndərilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
Qanun layihəsi Azərbaycan Milli Məclisi, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə həyata keçirdikləri “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsi çərçivəsində hazırlanıb.
B.Muradovanın sözlərinə görə, layihə üzərində məsləhətləşmələrin davam etdiyini söyləyib:
“Təbii ki, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, hüquq-mühafizə orqanlarının bu qanunun tətbiqi zamanı meydana çıxa bilən problemlərlə bağlı rəyləri bizim üçün çox əsasdır. Ona görə də layihə rəylərin alınması üçün həmin qurumlara göndərilib. Rəylər alındıqdan sonra yəqin ki, layihəni parlamentdə müzakirəyə qəbul edə biləcəyik. Bunun nə vaxt olacağı artıq rəy verən təşkilatların öz işlərini nə zaman başa çatdıracağından asılıdır. Biz də maraqlıyıq ki, həmin layihəni daha tez qəbul edək”.
Deputat qeyd edib ki, layihə cinayətləri törədən dairələrin cəzasız qalmaması üçün hüquqi bazanın yaradılması istiqamətindəki tələbləri özündə ehtiva edir:
“Qanun layihəsi qəbul olunduğu zaman Azərbaycan xalqına qarşı cinayət törədənlər mütləq şəkildə bu qanunun təsir dairəsinə düşəcəklər.
Bu qanun qəbul olunub tətbiq olunduğu zaman həm Xocalı faciəsini törədənlər, həm buna qədər, həm də ondan sonra Azərbaycan xalqına qarşı vəhşilikləri, insanlıq əleyhinə cinayətləri törədənlər mütləq şəkildə bu layihənin təsir dairəsinə düşəcəklər”.
Son xəbərlər
Son Xəbərlər