“Qafqazinfo” Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, forumda Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Türkiyə və Bolqarıstandan nümayəndələr iştirak ediblər.
Azərbaycanı bu forumda Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının tədris işləri üzrə direktor müavini Sevinc Tahirova və fizika müəllimi Rəna Ağazadə təmsil ediblər.
Tədbirdə Rəna Ağazadə "Azərbaycan təhsilində innovativ nailiyyətlər" mövzusunda məruzə ilə çıxış edib.
Forumun sonunda Azərbaycan nümayəndələri diplom və sertifikatlarla təltif olunublar.
Son xəbərlər
Son Xəbərlər