Azərbaycan beynəlxalq tədbirə ev sahibliyi edəcək

azerbaycan-beynelxalq-tedbire-ev-sahibliyi-edecek
Oxunma sayı: 645

Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, çoxsaylı ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə son illər seysmologiya sahəsində əldə olunmuş nəticələr, qarşıdakı inkişaf perspektivləri və təşkilatda təmsil olunan ölkələr arasında əlaqələrin genişləndirilməsi kimi məsələlər müzakirə edilib.

AMEA RSXM-ın Baş direktoru Qurban Yetirmişli seminarda Azərbaycanda seysmologiyanın inkişafı və aparılan tədqiqat işləri barəsində məruzə ilə çıxış edib.

Qeyd edək ki, təşkilatın 2012-ci ildə növbəti toplantısının Türkiyənin İstanbul şəhərində keçirilməsi qərara alınıb. Azərbaycan tərəfi isə təşkilatın 2013-cü ildə keçirəcəyi tədbirə ev sahibliyi etmək üçün təşəbbüslə çıxış edib.

Nigar Məmmədli