Azərbaycan bir milyon ayırır- - Ebola...

azerbaycan-bir-milyon-ayirir-
Oxunma sayı: 1194


“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, bu fikri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Radiosuna müsahibəsində bildirib.

Yaşar Əliyev deyib: "Azərbaycanın müstəqilliyinin bərpa olunduğu ilk illərdə biz böyük problemlə üzləşdik. Bu problem indiyə kimi mövcuddur, amma kifayət qədər yüngülləşib:

Ermənistanla münaqişə nəticəsində bir milyondan çox insan qaçqınlıq həyatı yaşayır. O vaxt beynəlxalq cəmiyyət Azərbaycana yardım etdi. Biz bunu unutmuruq. Vaxtilə resipiyent ölkə olan Azərbaycan bu gün aktiv donora çevrilir. Biz yaxşılığı unutmuruq və yaxşılığa yaxşılıqla cavab vermək istəyirik".

BMT-nin iqamətgahında Eboladan zərər çəkmiş ölkələr üçün vəsaitin toplanmasına dair beynəlxalq konfrans başa çatıb. Konfrans çərçivəsində BMT Baş katibinin, habelə Qvineya, Liberiya və Syerra-Leone prezidentlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib.

Konfransın yekunlarına əsasən, ölkələr Qvineya, Liberiya və Syerra-Leonenin bərpasına təqribən beş milyard dollar ayırmağı vəd ediblər.