Azərbaycan Birlik Kubokundan imtina etdi

azerbaycan-birlik-kubokundan-imtina-etdi
Oxunma sayı: 647

Azerisport.az saytına müsahibəsində o, sözügedən turnirdən imtinanı belə əsaslandırıb:

“Bizi fakt qarşısında qoydular. Rusiya Futbol İttifaqından aldığımız məktubda turnirin keçirilmə tarixi göstərilib. Lakin həmin vaxt ərzində biz U-21-i bir araya gətirə bilmərik. Çünki o dövrdə klublarımız hamısı təlim-məşq toplanışında olacaqlar. Biz Sankt-Peterburqa U-19-u göndərə bilərdik. Amma onlar da həmin vaxt Qranatkinin xatirəsinə həsr olunan turnirdə çıxış edəcəklər”.

Qeyd edək ki, hələ heç bir federasiya gənclərdən ibarət yığmaların bu turnirə qatılmasına razılıq verməyib.