Azərbaycan BMT-nin alqı-satqıya dair Konvensiyasına qoşuldu

azerbaycan-bmt-nin-alqi-satqiya-dair-konvensiyasina-qosuldu
Oxunma sayı: 1072

Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikası 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na müvafiq bəyanatla qoşulur.