Azərbaycan BMT-nin daha bir konvensiyasına qoşuldu

azerbaycan-bmt-nin-daha-bir-konvensiyasina-qosuldu
Oxunma sayı: 1019

Azərbaycan Prezidenti İlham Əliyev "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"na və "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş"ə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikası 1982-ci il dekabrın 10-da Yamaykanın Monteqo Bey şəhərində qəbul olunmuş "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"na və 1994-cü il iyulun 28-də Nyu-York şəhərində qəbul olunmuş "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş"ə qoşulub.