Azərbaycan boks yarışlarında ən çox lisenziya qazanan ölkələrdən biridir

azerbaycan-boks-yarislarinda-en-cox-lisenziya-qazanan-olkelerden-biridir
Oxunma sayı: 2092

Azərbaycanın boks millisi Avropada Paris-2024 Yay Olimpiya Oyunlarına ən çox lisenziya qazanan iki ölkədən biridir.

“Qafqazinfo” xəbər verir ki, yalnız İspaniya yığmamız qədər (5) vəsiqə əldə edib.

Avropa təmsilçilərindən İrlandiya və Fransa 4 lisenziya ilə növbəti sıralarda qərarlaşıblar.

Olimpiadada iştirak edəcək 121 boksçudan yalnız 48-si Avropanı təmsil edir. “Köhnə qitə”nin cəmi 20 ölkəsi buna müvəffəq olub.

Dünya üzrə isə yalnız Özbəkistan (7), Qazaxıstan (7) və Avstraliya (6) Azərbaycanı qabaqlayır.

Paris-2024-ə lisenziya qazanan kişi boksçular ölkələr üzrə:

1-2. Özbəkistan – 7
Qazaxıstan – 7
3. Avstraliya – 6
4-7. Azərbaycan – 5
Kuba – 5
Braziliya – 5
İspaniya – 5
8-10. ABŞ – 4
İrlandiya – 4
Fransa – 4