“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, bununla əlaqədar Sofiyada “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş imzalanıb.
Bolqarıstana səfər edən Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Veliko-Tırnovo şəhərində olub. Azərbaycan nümayəndə heyətini qarşılayan Veliko-Tırnovo şəhər bələdiyyəsinin meri Daniel Dimitrov “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu və burada təmir-bərpa işlərinə ehtiyacı olan tarixi mədəniyyət abidələri barədə məlumat verib.
Sonra Hökumət Evində Bolqarıstanın Baş naziri Boyko Borisov və Elçin Əfəndiyevin iştirakı ilə tarixi abidənin bərpasına dair Heydər Əliyev Fondu, Veliko-Tırnovo şəhər bələdiyyəsi, Bolqarıstanın Mədəniyyət Nazirliyi, Bolqarıstanın Azərbaycandakı səfirliyi və Azərbaycanın Bolqarıstandakı səfirliyi arasında saziş imzalanıb.
Qeyd olunub ki, sazişə əsasən Heydər Əliyev Fondu tarixi abidədə 150 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 700 metr uzunluğunda turist xiyabanının inşasını, mədəniyyət mərkəzinin yaradılmasını və təchiz olunmasını, ərazidəki 3 kilsənin təmiri və konservasiyasını, qoruğa gələn qonaqlar üçün nəqliyyat infrastrukturunun yaradılmasını həyata keçirəcək. Bərpa və konservasiya işlərinin 2015-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər