Azərbaycan Böyük Britaniyadan 500 min doza vaksin alacaq

azerbaycan-boyuk-britaniyadan-500-min-doza-vaksin-alacaq
Oxunma sayı: 2150

Azərbaycan COVAX proqramı çərçivəsində Böyük Britaniyadan 500 min doza “AstraZeneca/Oxford” vaksini alacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz tvitter hesabında məlumat verib.

“Böyük Britaniyanın elmi və tibbi təcrübəsi Azərbaycanda həyatları xilas edəcəkdir. Azərbaycanın COVAX vasitəsilə 500.000 “AstraZeneca/Oxford” peyvəndləri alacağını eşitmək çox xoşdur”,- deyə səfir qeyd edib.