Azərbaycan bu göstəriciyə görə MDB-də birincidir

azerbaycan-bu-gostericiye-gore-mdb-de-birincidir
Oxunma sayı: 2429

“Son 4 ildə minimum pensiya 2,2 dəfə artırılaraq 240 manata çatdırılıb. Bu gün Azərbaycan minimum pensiyanın həm nominal, həm də alıcılıq qabiliyyəti indeksinə görə MDB üzrə birinci yerə yüksəlib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yer alıb.

“Orta aylıq pensiya isə 75 faiz artaraq 363, yaşa görə orta aylıq pensiya 70 faiz artaraq 394 manata çatıb. Son 4 ildə müavinət və təqaüd ödənişləri müvafiq olaraq 3 və 5 dəfə artıb. Ümumilikdə 2018-2022-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclərdə də 70 faiz artım olub”, - deyə nazir qeyd edib.