Azərbaycan bu gün İranla münasibətlərini aydınlaşdıracaq

azerbaycan-bu-gun-iranla-munasibetlerini-aydinlasdiracaq
Oxunma sayı: 629

Azerisport.az xəbər verir ki, yığmamız bu gün turnirdə üçüncü oyununu keçirəcək.

Təbriz Həsənovun komandasının bu dəfəki rəqibi İran yığmasıdı. Bu beynəlxalq turnirin son qalibi olan millimiz Gürcüstan (1:0) və Türkiyə (2:0) ilə oyunlarda qazandığı (1:0) uğurun davamını bu görüşdə də gətirməyə çalışacaq. Çünki bu, finala çıxmaq üçün çox vacibdi. Qrupumuzun əsas favoritlərindən olan İran da ilk iki oyununda qələbə qazandığından, hazırda xallar bərabərdi. Bu üzdən də final matçına yalnız qələbə qazanan komanda vəsiqə qazanacaq. İranlılara heç-heçə də sərf edir. Yığmamız isə mütləq qalib gəlməlidi. Əks halda futbolçularımız üçüncü yer uğrunda mübarizə aparmaq məcburiyyətində qala bilər.

Qeyd etdiyimiz kimi, Azərbaycan yığmasının qrupunda digər rəqiblər də qonşu ölkə təmsilçiləridi - Gürcüstan və Türkiyə. Bu gün sözügedən komandalar da öz aralarındakı münasibətlərə aydınlıq gətirəcəklər.

Prezident kuboku
Qrup mərhələsi
1 may

12:00. Azərbaycan – İran