Bu gün Praqa şəhərində Azərbaycan və Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 3-cü iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat və sənaye nazirinin müavini, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Sahil Babayev, Çexiya nümayəndə heyətinə isə sənaye və ticarət nazirinin müavini, Komissiyanın Çexiya tərəfdən həmsədri Vladimir Bartl rəhbərlik edib.
Qarışıq Komissiyanın 3-cü iclasının yekununda Çexiya və Azərbaycan arasında protokol sənədi imzalanıb.
Protokolda ölkələr arasında ticarət, investisiyalar, enerji, kənd təsərrüfatı, nəqliyyat, təhsil, İKT və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları öz əksini tapıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dair Çexiyanın tam dəstəyi bir daha bəyan edilib.
Son xəbərlər
Son Xəbərlər