“Azərbaycan buna görə bizə qazı ucuz qiymətə verir”

azerbaycan-buna-gore-bize-qazi-ucuz-qiymete-verir
Oxunma sayı: 631

“Qafqazinfo”nun məlumatına görə, Saakaşvili bu barədə Bakıda keçirilən beynəlxalq forumda iştirakı zamanı danışıb: “Mənim Bakıya gəlişimdən əvvəl Gürcüstan parlamentinin üzvləri qəribə açıqlama verərək bildirdilər ki, Gürcüstan Azərbaycandan enerji asılılığına son qoymalı və Rusiyadan qaz alışına ciddi alternativ kimi baxmalıdır. Biz Rusiyadan az miqdarda qazı Ermənistandan tranzit yolu ilə onsuz da alırdıq, lakin Rusiyaya enerji nöqteyi-nəzərindən ciddi alternativ kimi baxmaq – Gürcüstanın müstəqilliyinə fundamental şəkildə yenidən baxmaq deməkdir. Gürcüstanın son illərdə başlıca uğurlarından biri odur ki, biz Şərqi Avropa, Ukraynada praktiki olaraq heç kimin edə bilmədiyini etdik: Rusiyanın enerji asılılığına düşmədik.

Azərbaycan qazı Rusiya qazından bir neçə dəfə ucuzdur, həm də Azərbaycanın strateji marağı Gürcüstanın azad, müstəqil olmasıdır. Belə ki, bu, həm də Azərbaycanın müstəqilliyi və stabilliyi deməkdir. Buna görə də Azərbaycan bizə qazı çox ucuz qiymətə verir. Rusiyanın maraqları isə qonşular üzərində nəzarət və bunun üçün özünün enerji rıçaqlarından istifadə etməkdir”.