“Azərbaycan buna mühüm töhfə verir” - Albaniya Prezidenti

azerbaycan-buna-muhum-tohfe-verir
Oxunma sayı: 1104

“Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verir. Ümidvarıq ki, Trans-Adriatik boru kəməri genişləndiriləcək və bu, Avropaya daha çox qazın nəqlinə imkan verəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Albaniya Prezidenti İlir Meta “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

O bildirib ki, Bakı forumu müasir dövrün mühüm məsələlərini, o cümlədən Ukraynadakı müharibəni, pandemiyanın nəticələrini, enerji təhlükəsizliyi, gözlənilən ərzaq böhranı kimi məsələləri müzakirə etməyə fürsət yaradacaq.