“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev cümə axşamı brifinqdə bəzi kütləvi informasiya vasitələrinin İran üzərində vurulan İsrailin pilotsuz təyyarəsinin guya Azərbaycan ərazisindən buraxıldığı barədə yaydığı məlumatı şərh edərkən bildirib. Onun sözlərinə görə, Bakı qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaradılması zamanı məhz bu prinsipləri rəhbər tutur.