“Azərbaycan bunu bacardı” - Volkan Bozkır

azerbaycan-bunu-bacardi
Oxunma sayı: 1895

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çox uğurludur. Azərbaycan qlobal problemlərə öz məsələsi kimi baxır. Əgər hansısa institutun fəaliyyəti uğurludursa, o, BMT-nin işinə də təsir göstərir. Azərbaycan bunu bacardı”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır X Qlobal Bakı Forumu çərçivəsində “Çoxtərəfliliyin yenidən kəşfi: Qoşulmamanın yeni dövrü?" mövzusunda keçirilən panel müzakirələrdə deyib.

Yeni eranın başlandığını qeyd edən Bozkır bildirib: “BMT bir çox sahələrdə fəaliyyət göstərir. Digər sahələrdə fəaliyyəti uğurlu olsa da, siyasi məsələlərin həlli ilə bağlı bunu demək mümkün deyil. Bəzi ölkələr BMT-nin Təhlükəsizlik Şurasında qalmaq istəyir, bəziləri isə istəmir. Bəzilərinin isə ümumiyyətlə buna ehtiyacı yoxdur. Ölkənin veta hüququ varsa, öz sözünü Şurada deyə bilir. Təbii ki, bu imkanlar nəticəyə gətirib çıxarır”.