Topaz Premyer Liqası 2 və daha az qolun vurulduğu oyunların (“menşe”) sayına görə Avropada birincidi. “Qafqazinfo” apasport.az-a istinadən xəbər verir ki, çempionatımızın arxada qalan 22 turunun 110 matçından 80-də “menşe” qeydə alınıb.
Yalnız 30 görüşdə 3 və ya daha çox qol vurulub. Bu da 27,27 faizə bərabərdi. Mövsümün 2016-cı ilə təsadüf edən ikinci yarısında isə 20 matçdan 5-də qol sayı 2-dən artıq olub. Bu isə 25 faiz deməkdi.
Düzdür, “menşe” oyunlarının 72,73 faiz olduğu Premyer Liqanızdan da çox belə matçların keçirildiyi yarışlar da var. Əsasən Afrika ölkələri Kamerun, Sudan, Ruanda, Qambiya, Keniya və Fil Dişi Sahilinin, həmçinin Panamanın yüksək liqalarında “bolşe” nadir hadisədi.
UEFA-ya üzv olan ölkələrin davam etməkdə olan liqalarında isə bu rəqəm daha yüksəkdi. Azərbaycana ən yaxın olan Bolqarıstanda oyunların 31,91 faizində 3 və daha çox qol vurulub. Növbəti turun bütün oyunlarında məhsuldarlıq qeydə alınsa belə, Bolqarıstana çatmaq mümkün olmayacaq.
Son xəbərlər
Son Xəbərlər