Azərbaycan çempionatı başladı

azerbaycan-cempionati-basladi
Oxunma sayı: 904


“Qafqazinfo” xəbər verir ki, turnirin açılışında Azərbaycanın dövlət himni səsləndirilib.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunan və şəxsi xarakter daşıyan çempionatda respublikamızın bütün bölgələrini təmsil edən 1996-1997-ci il təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparırlar.

Yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləşin təbliğinə və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb ediləcəklər.