Azərbaycan çempionatı bu tarixdə başlayacaq

azerbaycan-cempionati-bu-tarixde-baslayacaq
Oxunma sayı: 1706

Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün başlama vaxtı müəyyənləşib.
 
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı xəbər yayıb. PFL-in qərarına əsasən yeni mövsüm avqustun 14-də başlanacaq.

Qeyd edək ki, yarışda ötən mövsüm olduğu kimi, bu mövsüm də 8 komanda - "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Keşlə", "Səbail" və "Qəbələ mübarizə aparacaq.