Azərbaycan çempionatında azarkeş rekordu

azerbaycan-cempionatinda-azarkes-rekordu
Oxunma sayı: 2549

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, XV turun “Neftçi” – “Qarabağ” oyununu 3500 tamaşaçı izləyib.

Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüşdəki tamaşaçı sayı cari çempionat üçün ən yüksək rəqəmdir.
“Bakcell Arena”dakı oyuna qədər də rekord eyni komandaların eyni stadiondakı matçına məxsus idi. Həmin vaxt da indiki nəticənin qeydə alındığı III turun oyununu 3300 tamaşaçı izləyib.

Qeyd edək ki, tamaşaçı sayında mövsümün üçüncü göstəricisi VI tura təsadüf edib. “Qarabağ”ın “Qəbələ” ilə oyununu (2:0) 1600 izləyici seyr edib.