Azərbaycan çempionatında mövsüm başlayır - “Qarabağ” ilk oyununa çıxır

azerbaycan-cempionatinda-movsum-baslayir
Oxunma sayı: 2916

Bu gün Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk turun matçları üç günü əhatə edəcək. 

Turun açılış matçında “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Qarabağ” bu rəqibinə bütün oyunlarda qol vurub. “Araz-Naxçıvan” evdə uduzmayıb.

Turun qalan görüşləri şənbə və bazar günlərində keçiriləcək.

Azərbaycan Premyer Liqası

1-ci tur
2 avqust

“Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
“Liv Bona Dea Arena”, 20:00.