Azərbaycan çempionatının açılışı baş tutdu - Video + Fotolar

azerbaycan-cempionatinin-acilisi-bas-tutdu
Oxunma sayı: 2555

Dünən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə MMA, Pankration və Grappling idman növləri üzrə Azərbaycan çempionatının açılışı baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə federasiyanın rəhbəri Azad Əsgərov, I vitse-prezidenti Tural Mirzəyev, idmançılar və başqa şəxslər iştirak edib. Yarışda Bakı və bölgələrdən 50-dən çox komanda, 530-dan çox idmançı iştirak edir. Onlar birincilik uğrunda mübarizə aparırlar. Qarşılaşma bu gün də davam edir.

Xatırladaq ki, Azərbaycanda Pankration idman növü 2006-ci ildə, Grappling idman novü 2012-ci ilin fevral ayında, MMA idman növü isə 2012-ci ilin may ayında Gənclər və İdman Nazirliyi və Ədliyyə Nazirlyinin  rəsmi qeydiyyatından keçib. Hal-hazırda MMA, Pankration və Grappling Federasiyası kimi fəaliyyət göstərir və yüksək səviyyədə yarışlar təşkil edir.