Azərbaycan çempionatının açılışında topa ilk zərbəni qazilər vurdu

Azərbaycan çempionatının açılışında topa ilk zərbəni qazilər vurdu
Oxunma sayı: 1206

Azərbaycan I Divizionunda “Kəpəz” və “Qəbələ-2” komandaları arasındakı mövsümün açılış oyununda anlamlı jest edilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə topa ilk zərbəni qazilər vurub.

Onlar Vətən Müharibəsi iştirakçıları – “Kəpəz”in sabiq futbolçusu Talib Bayramov və Gəncə təmsilçisinin azarkeşi Sərxan Yolçuyev ilə Tural Xanəliyev olub.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb.