Azərbaycan çempionatının matçları 1 dəqiqəlik sükutla başlayacaq

azerbaycan-cempionatinin-matclari-1-deqiqelik-sukutla-baslayacaq
Oxunma sayı: 1742

Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turunda keçiriləcək iki oyun bir dəqiqəlik sükutla başlayacaq.

Bu barədə “Qafqazinfo”ya Peşəkar Futbol Liqasından məlumat verilib.

Bildirilib ki, Türkiyənin bir neçə bölgəsində baş vermiş zəlzələdə həlak olanların xatirəsinə anmaq üçün bu addım atılıb.

Qeyd edək ki, bu gün “Şamaxı” “Turan Tovuz”la, “Sabah” “Səbail”lə qarşılaşacaq.