Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

azerbaycan-cempionatinin-oyunlari-1-deqiqelik-sukutla-baslayacaq
Oxunma sayı: 2351

Futbol üzrə Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

Buna səbəb Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsidir. Bu üzdən Premyer Liqa və I Divizion yarışlarının müvafiq olaraq XXV və XXIV turlarının matçları 1 dəqiqəlik sükutla başlayacaq.