Azərbaycan çempionatının oyunları təxirə salındı

azerbaycan-cempionatinin-oyunlari-texire-salindi
Oxunma sayı: 690

Ölkəmizdə davam edən kəskin hava şəraiti futbola da təsirini göstərib.

Qafqazinfo” xəbər verir ki, “Göyəzən” – “Qaradağ Lökbatan” və “Şahdağ” – “Zaqatala” matçları ilə yanaşı bu gün keçirilməli olan daha 2 qarşılaşma baş tutmayacaq. Belə ki, “Energetik” – MOİK və “Ağsu” – “Bakılı” qarşılaşması əlverişsiz hava şəraiti ucbatından təxirə salınıb.

Matçların nə vaxt oynanılacağı hələ ki, tam dəqiqləşməyib. Paytaxtda oynanılmalı olan “Şərurspor” – “Şəmkir” görüşünün isə təxirə salınıb-salınmayacağı qarşıdakı saatlarda bəlli olacaq.