Azərbaycan çempionatlarında yenilik - Yalnız qaliblər mükafatlandırılacaq

azerbaycan-cempionatlarinda-yenilik
Oxunma sayı: 2079

2023/2024 mövsümündən etibarən Azərbaycan çempionatının 1-ci, 2-ci liqasında və əvəzedicilərin çempionatında yalnız çempion olan komandalar mükafatlandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Premyer Liqada yeni mövsümün püşkatma mərasimində məlumat verib:

“Çempionatlarda yalnız qaliblər mükafatlandırılacaq. İkinci və üçüncü yeri tutan komandalara gümüş və bürünc medallar təqdim olunmayacaq”.